Xəzər Xəbər

Gürcüstanda Azərbaycan vətəndaşının qızıl əşyaları müsadirə olunub

Dünya | 14:23 • 4 Dekabr 2017
Gürcüstanda Azərbaycan vətəndaşının qızıl əşyaları müsadirə olunub

Gürcüstan gömrükçüləri "Qırmızı körpü” sərhəd-keçid məntəqəsində Azərbaycan vətəndaşının üzərində bəyan edilməmiş qızıl əşyalar aşkar ediblər.

APA-nın yerli bürosunun Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinə istinadən verdiyi xəbərə görə, Q. M. adlı şəxsdən müsadirə edilmiş zinət əşyalarının ümumi çəkisi 43,36 qram olub.

Qızıl əşyalarının gömrük dəyəri 5,756.97 lari müəyyən edilib. Azərbaycan vətəndaşına qarşı bu dəyərə barəbər məbləğdə cərimə cəzası tətbiq olunub.

Xəbər lenti