Xəzər Xəbər

Prokuror keçmiş nazirə 10 il cəza tələb etdi

Dünya | 14:18 • 4 Dekabr 2017
Prokuror keçmiş nazirə 10 il cəza tələb etdi

Prokuror Rusiyanın keçmiş iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə cəza istəyib.

Xezerxeber.az-ın Rusiyanın "Dojd” kanalına istinadən verdiyi məlumata görə, Moskvanın Zamoskvoretsk Rayon Məhkəməsində davam edən prosesdə prokuror sabiq nazirin cəzasını sərt rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 10 azadlıqdan məhrum olunmasını tələb edib.

Xatırladaq ki, ötən il noyabrın 15-də Rusiya İstintaq Komitəsi iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin 2 milyon dollar rüşvət alarkən saxlanıldığını açıqlayıb. A. Ulyukayev "Başneft”in satın alınması ilə bağlı müsbət rəy verməyə görə "Rosneft”dən rüşvət tələb etməkdə ittiham olunub.

Xəbər lenti