Xəzər Xəbər

Venesuela kriptovalyutaya keçir

Dünya | 12:36 • 4 Dekabr 2017
Venesuela kriptovalyutaya keçir

Karakas öz dövlət kriptovalyutasının yaradıldığını elan edib. Bu pul vahidi "el petro” adlanacaq.


AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Venesuela Prezidenti Nikolas Maduronun sözlərinə görə, "el petro” OPEC tərəfindən dəstəklənəcək və ölkənin neft ehtiyatları ilə təmin olunacaq. Valyutanın tətbiqi Venesuelanın ABŞ tərəfindən maliyyə "blokadasına” alınması ilə bağlıdır. Hazırkı pul vahidi bolivarın məzənnəsi enməkdə davam edir.


"Bizim qızıl mədənlərinin, neft, qaz və almaz yataqlarının ehtiyatları yeni kriptovalyutanın stabilliyinin rəhni olacaq, hesablaşmaları bu valyutada aparmağa kömək edəcək, - deyə Madura bildirib.


Maliyyə mütəxəssislərinin fikrincə, hazırda Venesuelanın kredit reytinqi "mənfi proqnoza” malikdir, ölkəni defoltdan üç pillə ayırır. Beynəlxalq Valyuta Fondu bu il ölkədə qiymətlərin 652 faiz artacağını proqnozlaşdırır, gələn il isə qiymətlər dörd dəfə yüksələ bilər.

Xəbər lenti