Xəzər Xəbər

Tailandda avtomobil kütlənin arasına daxil olub - ölən və yaralananlar var

Dünya | 11:44 • 4 Dekabr 2017
Tailandda avtomobil kütlənin arasına daxil olub -

Tailandın cənubundakı Pattaya kurort şəhərində avtomobil kütlənin arasına daxil olub.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı iki nəfər həlak olub, 10-dan çox adam xəsarət alıb.

Xəsarət alanlardan iki nəfərinin vəziyyəti ağır olaraq dəyərləndirilir.

Hadisə terror aktı kimi qeydə alınmayıb. Qeyd olunur ki, qəzaya sürücünün epilepsiya tutması səbəb olub.

Xəbər lenti