Xəzər Xəbər

Rusiyanın Xəzər hərbi donanması antiterror təlimləri keçirib

Dünya | 09:34 • 4 Dekabr 2017
Rusiyanın Xəzər hərbi donanması antiterror təlimləri keçirib

Rusiyanın Xəzər hərbi donanmasının şəxsi heyəti antiterror təlimlər keçirib. 

Xezerxeber.az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, təlimlər zamanı şəxsi heyət şərti düşmənin qərargaha hücumunun qarşısını alıb.

Cənub Hərbi Dairənin mətbuat xidmətinin rəisi Vadim Astafyev bildirib ki, təlimlərin planına əsasən, qeyri-qanuni silahlı qruplaşma nəzarət-buraxılış məntəqəsinə hücum edərək, Xəzər donanmasının qərargahını zəbt etməyə çalışır. Təlimlər zamanı hücumunun qarşısı alınıb, şərti düşmən isə məhv edilib.

Təlimlərdə 50-dən çox hərbçi iştirak edib. Qeyri-qanuni silahlı qruplaşma qismində isə Xəzər hərbi donanmasının dəniz piyadalarından ibarət dəstə çıxış edib.

Xəbər lenti