Xəzər Xəbər

ABŞ və Cənubi Koreya ən genişmiqyaslı təlimlərə başlayıb

Dünya | 09:02 • 4 Dekabr 2017
ABŞ və Cənubi Koreya ən genişmiqyaslı təlimlərə başlayıb

ABŞ və Cənubi Koreya Hərbi-Hava Qüvvələri dekabrın 4-də ən genişmiqyaslı birgə təlimlərə başlayıb. 


Xezerxeber.az-ın RT-yə istinadən verdiyi xəbərə görə, Şimali Koreyanın raket sınaqları fonunda keçiriləcək təlimlər 5 gün davam edəcək.

Məlumata görə, təlimlərə 12 000 hərbçi və 230-dan çox hərbi texnika cəlb edilib.

ABŞ komandanlığının məlumatında bildirilir ki, təlimlərin məqsədi ABŞ və Cənubi Koreya HHQ-larının döyüş qabiliyyətini artırmaq, onların arasında koordinasiyanı gücləndirilməkdir.

Xəbər lenti