Xəzər Xəbər

İraqda kütləvi qəbiristanlıqlarda 40 uşağın cəsədi aşkarlanıb

Dünya | 17:13 • 3 Dekabr 2017
İraqda kütləvi qəbiristanlıqlarda

İraq hərbçiləri Kürdüstan vilayətinin Sincar şəhəri yaxınlığındakı iki kütləvi kütləvi qəbiristanlıqda 140 dinc sakinin cəsədlərini aşkarlayıb.

Bu barədə "Al-Arabiya" məlumat yayıb.

Qeyd edilir ki, onlar 2014-cü ildə İŞİD tərəfindən edam ediliblər. Terrorçular həmçinin qadınları və gənc qızları seksual zorakılıq məqsədilə qul kimi satmaq üçün oğurlayıblar.
Hərbçilər bildiriblər ki, Sincarın cənubundakı Kabusi kəndində 20 qadının və 40 uşağın cəsədlərini aşkarlayıblar. 80 cəsədin olduğu ikinci qəbristanlıq Cəzirə yaşayış məntəqəsində aşkarlanıb./report

Xəbər lenti