Xəzər Xəbər

Obama konfransda çıxış edəcək Buna görə 400 min avro alıb

Dünya | 11:28 • 3 Dekabr 2017
Obama konfransda çıxış edəcək

ABŞ-ın keçmiş prezidenti Barak Obama sabah Fransaya səfəri çərçivəsində bir konfransda çıxış edəcək.

Ölkənin bəzi media qurumlarının bildirdiyinə görə, Obama bu konfransda danışmaq üçün 400 min avro alıb. Fransanın paytaxtı Parisə gedən ABŞ prezidenti Barak Obama ilk olaraq Paris Bələdiyyəsinə gedib və bələdiyyə sədri Anna Hidalgo ilə bir araya gəlib. İqlim dəyişikliyi və qlobal istiləşmə ilə mübarizə mövzusunda danışan Hidalgo C40 və Obama Fondu arasında mövzu ilə bağlı sıx iş birliyini olduğuna dair paylaşım edib. Daha sonra Barak Obama Fransa prezidenti Emmanuel Makron ilə görüşüb. Mətbuata qapalı keçirilən görüşün detalları haqqında məlumat verilməyib.

Çıxdığı dünya turunda Asiya və Yaxın Şərqdə bir çox konfransda iştirak edən Obama turun son dayanacağı olaraq Parisi seçib. Obama sabah reklam və promosyon sənayesi aktyorları tərəfindən qurulan Napoleons Vaqfinin təşkil etdiyi konfransda çıxış edəcək.

Le Canard Enchaine qəzetinin məlumatına görə, qurum keçmiş prezident Barak Obamanın konfransda çıxış etməsinə görə ona 400 min avro ödəyib./AzNews.az

Xəbər lenti