Xəzər Xəbər

Yoxsulluqla mübarizə üçün 1,5 milyard dollarlıq fond yaradılıb

Dünya | 15:15 • 2 Dekabr 2017
Yoxsulluqla mübarizə üçün 1,5 milyard dollarlıq fond yaradılıb

Çinin internet ticarəti nəhəngi "Alibaba Group” ölkədə yoxsulluqla mübarizə tədbirlərinə dəstək məqsədilə 10 milyard yuanlıq (1,5 milyard ABŞ dolları) fond yaradıb.


AZƏRTAC xəbər verir ki, səhiyyə, məşğulluq, ətraf mühitin mühafizəsi və digər sahələrdə layihələrə vəsait yönəldəcək fonda "Alibaba Group”un yaradıcısı və sədri Cək Ma rəhbərlik edəcək. Fond üçün vəsaiti "Alibaba” və onun 36 tərəfdaş şirkəti təmin edəcək. Bundan başqa, 2011-ci ildə xeyriyyə məqsədilə yaradılan və "Alibaba”nın illik gəlirinin 0,3 faizinin toplandığı "Alibaba Foundation” da maliyyə dəstəyi göstərəcək.


"Alibaba” öz təcrübəsini və texnologiyasını paylaşmaqla ölkənin ucqar bölgələrində yaşayan insanların internetdən istifadə etməklə həyat səviyyələrini yüksəltməyə dəstək göstərəcək.


Qeyd edək ki, bazar dəyəri 490 milyard dollar yaxın olan "Alibaba Group” dünyada ən böyük və ən dəyərli 10 şirkətdən biridir. Noyabr ayına olan məlumata əsasən, şirkətin mobil platformalarının aktiv istifadəçilərinin sayı 550 milyon nəfəri ötüb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti