Xəzər Xəbər

Çexiyalı İŞİD-çinin şikayəti rədd edilib

Dünya | 12:52 • 2 Dekabr 2017
Çexiyalı İŞİD-çinin şikayəti rədd edilib

Çexiya Ali Məhkəməsi yerli İŞİD-çi Yan Silovskinin şikayətini rədd edib və "Terrorizmin dəstəklənməsinə və təbliğinə görə” onun altı il həbs cəzasına məhkum olunması barədə aşağı instansiya məhkəməsi tərəfindən çıxarılmış hökmü təsdiq edib.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Yan Silovski keçən il mart ayında Suriyaya yola düşüb. Orada o, "İslam dövləti” terror təşkilatının bölmələrinə qoşulmaq niyyətində imiş.


Silovsikinin sözlərinə görə, o, "İmperialistlərə qarşı döyüşmək istəyirdi, çünki onlar müharibədə iştirak edir və müsəlmanları öldürürlər”. Eyni zamanda o, terror hücumlarda iştirak etmək niyyətində olmasını inkar edib. Yan Silovski məhkəmə iclasında deyib ki, suriyalı əsgər tərəfindən öldürüləcəyinə və beləliklə şəhid olacağına ümid edirmiş.


Silovsikinin vəkili Konstitusiya Məhkəməsinə şikayət vermək fikrindədir.

Xəbər lenti