Xəzər Xəbər

CNN: ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq

Dünya | 13:31 • 2 Dekabr 2017
CNN: ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq

ABŞ dövlət başçısı Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanınmasını elan edə bilər.


Xezerxeber.az-ın xəbərinə görə, bu barədə CNN telekanalı ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, D.Tramp 5 dekabrda fələstinlilərlə bağlı bəyanatında Qərbi Qüdsün İsrailin paytaxtı olduğunu da qeyd edəcək. Hətta onun qəti qərar qəbul etdiyi də bildirilir.

Qeyd edək ki, avqustda ABŞ və İsrailin Amerika Səfirliyinin Tel Avivdən Qüdsə köçürülməsinin mümkünlüyünün yenidən müzakirəsinə qayıtdıqları bildirilmişdi.

Rubrikanın digər xəbərləri

Xəbər lenti