Xəzər Xəbər

İsrail həbsxanalarında 7 min fələstinli var - HESABAT

Dünya | 11:56 • 2 Dekabr 2017
İsrail həbsxanalarında 7 min fələstinli var -

İsrail hüquq-mühafizə qüvvələri tərəfindən noyabr ayı ərzində Fələstinin işğal olunmuş ərazilərində 450 nəfər saxlanılıb.

APA-nın "Anadolu" agenytliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin Məhbusları Araşdırma Mərkəzinin hesabatında deyilib.

Hesabatda bildirilib ki, saxlanılan fələstinlilərdən 62-si inzibati qaydada həbs olunub.

Son məlumata görə, hazırda İsrail həbsxanalarında təxminən 7 min fələstinli, o cümlədən 57 qadın və 300 uşaq var.

Xəbər lenti