Xəzər Xəbər

Haaqa Məhkəməsində generalın içdiyi zəhərin tərkibi məlum oldu

Dünya | 11:40 • 2 Dekabr 2017
Haaqa Məhkəməsində generalın içdiyi zəhərin tərkibi məlum oldu

Xorvatiyanın keçmiş Müdafiə Şurasının Bosniya və Hersoqovinadakı başçısı general Slobodan Pralyakın Haaqa Beynəlxalq Məhkəməsində məhkəmə prosesi gedə-gedə intihar məqsədi ilə içdiyi zəhərin tərkibi məlum olub.

Niderland Krallığı Prokurorluğunun ilkin araşdırmaları nəticəsində onun qanında kalium sianit tərkibli zəhər aşkarlanıb.

"Toksikoloji ekspertizanın ilkin nəticəsinə əsasən Slobadan Pralyakın qanında kalium siant tərkibli maddə aşkarlanıb. Bu, ürək çatışmazlığı yaradıb və ölümlə nəticələnib”, - deyə prokurorluğun məlumatında vurğulanıb.

Qeyd edək ki, noyabrın 29-da Haaqa Beynəlxalq Məhkəməsində hərbi cinayətlərə görə məhkum edilmiş general S.Pralyak və başqa beş Bosniya xorvatının şikayətinə baxılıb. O, həmin məhkəmə iclasının gedişində zəhər içərək özünü öldürüb.

Xatırladaq ki, S.Pralyak və Y.Prliç 1991-ci ildə Yuqoslaviyanın dağılmasından sonra yaradılan tanınmamış Hertseq-Bosna Xorvat Respublikasının liderləri olublar. Onlar bosniyalı müsəlmanlara qarşı hərbi cinayətlərdə təqsirli biliniblər.

2013-cü ildə məhkəmənin qərarı ilə S.Pralyak 20 il həbs cəzasına məhkum edilmişdi. Bosniya xorvatlarının lideri Yadranko Prliç isə 25 il müddətinə azadlıqdan məhrum olunub. ("Report”)

Xəbər lenti