Xəzər Xəbər

Tramp Tillersonun istefası ilə bağlı xəbərlərə aydınlıq gətirib

Dünya | 09:10 • 2 Dekabr 2017
Tramp Tillersonun istefası ilə bağlı xəbərlərə aydınlıq gətirib

ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonun istefasını təkzib edib.

 

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə D.Tramp özünün "Tvitter” hesabında yazıb.

 

"KİV-lər xəbər yayırlar ki, mən Tillersonu işdən çıxaracam və yaxud o istefa verəcək. Bu yanlış xəbərlərdir. Tillerson getmir. Bir sıra məsələlərə dair ziddiyətlər olsa da, ümumilikdə biz birgə uğurla işləyirik. Amerikaya yenidən dərin hörmət edirlər”, Tramp yazıb. 

Xəbər lenti