Xəzər Xəbər

Güclü qar yağdı: 300 min nəfər işıqsız qaldı - Polşada

Dünya | 18:01 • 1 Dekabr 2017
Güclü qar yağdı:

Polşada aramsız yağan güclü qar fəsadlara yol açıb.

XəzərXəbər Trend-ə istinadən xəbər verir ki, aramsız qar nəticəsində 300 minə yaxın adam işıqsız qalıb.

Paytaxt Varşavada qar 24 saat dayanmadan yağıb.

Güclü qar müxtəlif vilayətlərdə elektrik təchizatını sıradan çıxarıb.

Meteoroloqların məlumatına görə, ölkə ərazisində qar bu gün də davam edəcək.

Xəbər lenti