Xəzər Xəbər

“Yaxın gələcəkdə…” Bu bəyanat Kremli QƏZƏBLƏNDİRƏCƏK

Dünya | 17:42 • 1 Dekabr 2017
“Yaxın gələcəkdə…”

Ukrayna yaxın gələcəkdə Avropa İttifaqı və NATO-ya üzvlüklə bağlı referendumlar keçirəcək.

UNİAN agentliyi xəbər verir ki, bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.

"Biz avroatlantik inteqrasiya kursuna sadiqliyimizi saxlayırıq. Hətta şübhələnməyin ki, Ukrayna yaxın gələcəkdə NATO və Avropa İttifaqına üzvlük üzrə referendum keçirəcək”, - dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, 2014-cü ilin dekabrında Ukrayna Ali Radası bloklara qoşulmamaq siyasətindən imtinanı nəzərdə tutan qanun layihəsini qəbul edib. Yeni hərbi doktrina NATO-ya üzvlük siyasətinin aparılmasını nəzərdə tutur. Hərbi doktrinaya görə Ukrayna öz silahlı qüvvələrini 2020-ci ilə qədər NATO ölkələrinin gücləri ilə tam uyğunluğunu təmin etməlidir. 2015-ci ilin dekabrında prezident Pyotr Poroşenkonun Brüsselə səfəri zamanı müdafiə-texniki əməkdaşlıq üzrə Ukrayna və NATO arasında "Yol xəritəsi” imzalanıb.

Bu ilin iyununda isə Ukrayna Ali Radası ölkənin xarici siyasətinin prioriteti kimi NATO-ya üzvlüyünün qanunverici əsaslarının möhkəmləndirən qanun layihəsini qəbul edib.

Amma ekspertlər güman edirlər ki, Kiyev ən yaxın 20 ildə NATO-a üzvlüyə iddia edə bilməyəcək. Avropa Komissiyasının başçısı Jan-Klod Yunker bildirib ki, Avropa İttifaqı və ya NATO-ya üzv olmaq üçün Ukraynaya 20-25 il lazım olacaq.

Rusiya isə həmsərhəd olduğu Ukraynanın NATO-ya üzvlüyünə sərt şəkildə qarşı çıxır./publika.az

Xəbər lenti