Xəzər Xəbər

Şahzadənin toy günü açıqlandı

Dünya | 17:40 • 1 Dekabr 2017
Şahzadənin toy günü açıqlandı

Britaniya kraliçası 2-ci Yelizavetanın nəvəsi şahzadə Harri ilə amerikalı aktrisa Meqan Marklın toyu mayın 26-da, şənbə günü olacaq.

Daily Mail bildirir ki, Britaniya kral ailəsi həftənin əvvəlində bəyanat yayaraq toyun may ayında olacağını açıqlamışdılar. Lakin konkret tarix deyilməmişdi.

Nikah mərasimi Vindzor qəsrindəki Müqəddəs Georgi kilsəsində keçiriləcək.

Britaniya təqviminə görə, mayın 28-i istirahət günüdür. Bu səbəbdən də britaniyalılar şahzadənin toyunu 3 gün qeyd edəcəklər./Milli.Az

Xəbər lenti