Xəzər Xəbər

Bu gözəl ölkənin baş naziri seçildi

Dünya | 17:33 • 1 Dekabr 2017
Bu gözəl ölkənin baş naziri seçildi

Kiçik ada dövləti olan İslandiya keçirilən növbədənkənar parlament seçkilərində Yaşıllar Partiyası qalib gəlib və 41 yaşlı Katrin Yakobsdottir ölkənin yeni baş naziri seçilib.


335 min əhalisi olan ölkənin 41 yaşlı baş naziri dünən vəzifəsinin icrasına başlayıb. Gözəlliyi ilə diqqəti cəlb edən Yakobsdottir böyük marağa səbəb olub. O, həmçinin hökümət tərkibində fəaliyyəti ilə də seçilir. 2007-ci ildən parlament üzvü olan yeni baş nazir 2008-ci ildə 32 yaşı olan zaman təhsil naziri seçilib. 2013-cü ildən bəri Yaşıllar Partiyasının rəhbəridir.


Təhsil həyatındakı qeyri-adiliklərlə də seçilən Katrin Yakobsdottir 2004-cü ildə detektiv əsərlərinin müəllifi olan məşhur islandiyalı yazıçı Arnaldur İndrihason barədə diplom işi müdafiə edərək magistratura dərəcəsini bitirib və detektiv ekspert hesab edilir. 2004-2006-cı illərdə çap edilən bir çox yazının müəllifi olan baş nazir fransızcanı yaxşı bilir və jurnalist kimi fəaliyyət göstərərək redaktor vəzifəsini icra edib.


Evli və 3 uşaq sahibi olan Katrin Yakobsdottirin nənəsi məşhur şair Teodora Toroddsendir.

Xəbər lenti