Xəzər Xəbər

Dünya böyük təhlükə ilə üz-üzə: 800 milyon insan işsiz qalacaq

Dünya | 17:25 • 1 Dekabr 2017
Dünya böyük təhlükə ilə üz-üzə:

Dünyanın nüfuzlu menecment konsultinq şirkəti "McKinsey" yaxın gələcəkdə avtomatlaşmanın genişlənməsi nəticəsində bəzi biznes sahələrinin yox olacağı ilə bağlı hesabat yayımlayıb.


"İtirilən və qazanılan peşələr: avtomatlaşma dövründə əməyin transformasiyası" adlı hesabatda 2030-cu ildən etibarən 30 milyon insanın iş yerlərini itirəcəyi qeyd edilir.


Hesabatda həmçinin göstərilir ki, önümüzdəki 13 il ərzində mövcud iş gücünün 60 faizini robotlar yerinə yetirəcək.


Avtomatlaşdırılma zamanı əsasən fast-food işçiləri, maşın operatorları, bağbanlar, santexniklər və baxıcılar iş yerlərini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalacaqlar.


Buna baxmayaraq yeni peşə sahələrinin də yaranacağı istisna edilmir.

Xəbər lenti