Xəzər Xəbər

Ankaradan Pentaqona SƏRT CAVAB: “Buna özümüz qərar veririk”

Dünya | 16:57 • 1 Dekabr 2017
Ankaradan Pentaqona SƏRT CAVAB:

ABŞ Müdafiə Nazirliyinin YPG-yə (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı gücü - red.) verilmiş silahlarla əlaqədar bəyanatı Türkiyənin sərt etirazına səbəb olub.

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Pentaqonun bəyanatına cavab verib.

"Milli təhlükəsizliyimizə nəyin təhdid olduğuna başqaları deyil, Türkiyənin özü qərar verir. YPG-dən silahların toplanacağı barədə bəyanat konkret şəklə gətirilməlidir”, - o bildirib.

Qeyd edək ki, Pentaqon Türkiyənin milli təhlükəsizliyinə təhlükə yaratmayan silahların YPG-dən toplanmayacağını açıqlayıb./publika.az

Xəbər lenti