Xəzər Xəbər

Messinin qardaşı həbs olundu

Dünya | 16:54 • 1 Dekabr 2017
Messinin qardaşı həbs olundu

Matias Messi adam öldürməkdə təqsirləndirilir

"Barselona”nın ulduz futbolçusu Lionel Messinin qardaşı Matias Messi saxlanılıb. Bu barədə "The Sun” qəzeti məlumat yayıb.

Nəşrin iddiasına əsasən, M.Messi polisin qana bulaşmış qayıqda tapança tapmasından sonra həbs edilib.

Ukduz futbolçunun qardaşı polisə ifadəsində bildirib ki, motorlu qayıqla Argentina sahillərindən birində qəzaya uğrayıb. Lakin hadisə yerinə gələn polis qana bulaşmış qayıqda tapança aşkarlayıb.

Bundan əvvəl Messinin qardaşı mühafizəçiyə qanın üzündəki kəsiklə bağlı olduğunu bildirsə də, polis onun sözlərinə inanmayıb.

FaktXəbər

Xəbər lenti