Xəzər Xəbər

Xəstə qız valideynlərinə yalvardı İmkan verin, ölüm - FOTO

Dünya | 15:54 • 1 Dekabr 2017
Xəstə qız valideynlərinə yalvardı

"Sizi anlayıram. Siz də məni anlayın. Xahiş edirəm, yalvarıram sizə - imkan verin, ölüm. Xəstəliyimin çarəsi yoxdur, bilirsiniz. Sizə yük olmaq istəmirəm. Sizə çox əzab verdim. Qorxmayın, məndən savayı iki övladınız var. Bacım və qardaşım var..."

14 yaşlı Li Syaosin ağlayaraq valideynlərinə yalvarıb.

XəzərXəbər Sohu-ya istinadən bildirir ki, 14 yaşlı çinli Li Syaosin hepatoblastma xəstəsidir.

Hepablastoma qaraciyər xərçənginin nadir formasıdır.

Linin valideynləri müalicə üçün indiyədək 40 min dollar xərcləyiblər. Onlar evdə satılası nə vardısa, satıblar. Üstəlik, borc içindədirlər.

Li Syaosin də valideynlərin bütün pulları ona xərcləmələrinə artıq dözə bilmir. O, müalicənin mənasız olduğunu və dayandırılmasını istəyib.

Anası bu sözləri eşidəndə ağlayıb. Li anasının göz yaşlarını silərək sözlərinə davam edib: "Ağlamayın! Bilirsiniz ki, müalicəyə pulumuz artıq yoxdur. Kimsə də bizə borc verən deyil. Hələ borcları qaytarmaq lazımdır..."

Li 2014-cü ilin may ayında müayinə olunanda onda hepablastoma aşkarlanıb.

Syaosinlər ailəsi Çinin mərkəzindəki Henan vilayətində, Nanl bölgəsndəki kənddə yaşayırlar. Linin böyük qardaşı və kiçik bacısı var.

İlk müayinənin aparıldığı Pyuyan şəhərindəki xəstəxanada bir il davam edəndən sonra həkimlər Syaosin ailəsinə paytaxt Pekində Lini müalicə etdirməyi məsləhət biliblər.

Linin valideynləri də onu evlərindən 510 km uzaqdakı Pekinə aparıblar.

Müalicə, dərmanlar, kimyəvi terapiya hələlik heç bir nəticə verməyib.

Lakin hər şeyə rəğmən valideynləri borc-xərclə Linin müalicəsini davam etdirirlər. Linin atası xəstəxanadan iki saatlıq məsafədə darısqal otağı kirayəyə götürüb. Ailə indi həmin otaqda qalır.

Linin atasının dediyinə görə, qızını Pekinə gətirəndən sonrakı ilk üç ayda küçədə, vağzallarda, yeraltı keçidlərdə yatıb ki, pula qənaət etsin.

İndiyədək 20 kimya terapiyası keçmiş Linin ciddi, çox bahalı müalicəyə ehtiyacı var.

Əks təqdirdə 14 yaşlı qız öləcək.

Lini xilas etmək üçün "Tencent Charity" xeyriyyə təşkilatı pul toplamağa başlayıb.

Artıq Li üçün internetdə xüsusi yardım səhifəsidə yaradılıb.

Gərəkli olan 500 min yuan, yəni 56103 dolların artıq 7093 dolları yığılıb./milli.az

Xəbər lenti