Xəzər Xəbər

ABŞ jurnalistlərinə Rusiya Dövlət Dumasına giriş qadağan ediləcək

Dünya | 15:20 • 1 Dekabr 2017
ABŞ jurnalistlərinə Rusiya Dövlət Dumasına giriş qadağan ediləcək

Rusiya Dövlət Duması bütün ABŞ KİV nümayəndələrinin Aşağı Palataya girişinə qadağa qoyan qərar qəbul edəcək.


Bu barədə Reqlament və Nəzarət Komitəsinin rəhbəri Olqa Savastyanova bildirib.


Bu addım "Russia Today" (RT) telekanalı jurnalistlərinin ABŞ Konqresinə giriş üçün akkreditasiya verilməsindən məhrum edilməsinə cavab olacaq.


Deputatlar regionların qanunvericilik qurumlarına da bənzər qərarların qəbulu üçün təklif verəcəklər.


Qeyd edək ki, RT xarici agent kimi qeydiyyatdan keçirildikdən sonra telekanalın jurnalistləri ABŞ Konqresinə giriş akkreditasiyasından məhrum edilib.


Rusiya rəsmi Vaşinqtonun hərəkətlərinə cavab olaraq, əcnəbi KİV-lərin ölkə xaricindən maliyyələşdirildiyi təqdirdə xarici agent kimi tanına biləcəyinə dair qanun qəbul edib. ("Report")

Xəbər lenti