Xəzər Xəbər

Yaponiyada 200 ildən sonra bir İLK

Dünya | 15:18 • 1 Dekabr 2017
Yaponiyada 200 ildən sonra bir

Yaponiyanın baş naziri Şinzo Abe imperator Akihitonun gələn ilin aprel ayında taxtdan gedəcəyini açıqlayıb.

Bu hadisə ilə Akihito Yaponiyada 200 il sonra taxtdan gedən ilk hökmdar olacaq.

Yaponiyada ən son 1817-ci ildə imperator Koukaku öz istəyi ilə taxtadan ayrılmışdı. Akihito isə atası Hirohitonun 1989-cu ildə vəfat etməsindən sonra 55 yaşında taxta keçmişdi. Onun istefasından sonra 57 yaşlı oğlu şahzadə Naruhitonun hakimiyyətə gəlməsi gözlənilir.

Qeyd edək ki, Yaponiya 2000 ildir ki, varislik prinsipi ilə idarə edilir./publika.az

Xəbər lenti