Xəzər Xəbər

Zimbabvenin yeni prezidenti hərbçiləri nazir təyin etdi

Dünya | 15:05 • 1 Dekabr 2017
Zimbabvenin yeni prezidenti hərbçiləri nazir təyin etdi

Zimbabvenin yeni prezidenti Emmerson Mnanqaqva ölkənin yeni hökumətini formalaşdırıb.

XəzərXəbər-in trend-ə istinadən məlumatına görə, nazirlər arasında yüksək rütbəli hərbçilər yer alıb.

Keçmiş prezident Robert Muqabenin hakimiyyəti dövründə Hərbi Hava Qüvvələrinin rəhbəri olmuş Perens Şiri kənd təsərrüfatı və torpaq məsələləri naziri təyin olunub.

Çevriliş zamanı aktiv fəaliyyət göstərmiş general Sibusiso Moyo isə Zimbabvenin xarici işlər naziri təyin olunub.

Bundan başqa, hökumətdə Hərbi Veteranlar Assosiasiyasının nümayəndələri də yer alıb.

Yeni kabinetə müxalifət nümayəndələri daxil olmasa da, R.Muqabe dövründə nazir işləmiş bir sıra şəxslər öz vəzifələrini saxlayıb.

Xəbər lenti