Xəzər Xəbər

Departamentdən Trampa xəbərdarlıq: Bunu etmə!

Dünya | 13:38 • 1 Dekabr 2017
Departamentdən Trampa xəbərdarlıq:

ABŞ Dövlət Departamenti Prezident Donald Trampın Tvitter hesabında islama qarşı paylaşmalar etməsindən narahatdır.

Bu məlumat Departamentin Ağ Evə göndərdiyi məktubunda yer alıb.

Bildirilib ki, bu paylaşmalar ölkədəki, eləcə də dünya müsəlmanlarının etiraz aksiyalarına səbəb ola bilər. Buna görə də Departament Trampın bu kimi addımlardan çəkinməsinin vacibliyini vurğulayıb.

Məktubda həmçinin, Trampın bu addımından sonra Departamentin ABŞ-ın müsəlman ölkələrindəki nümayəndəliklərinə təhlükəsizlik məsələləri ilə bağlı xəbərdarlıq edildiyi bildirilib.

Qeyd edək ki, Tramp islama qarşı çıxışları və paylaşımları ilə seçilən ingilis siyasətçi Yayda Fransenin Tvitterdə yayımladığı 3 videonu paylaşmışdı./Teleqraf.com

Xəbər lenti