Xəzər Xəbər

Ərdoğan Merkellə danışdı

Dünya | 13:09 • 1 Dekabr 2017
Ərdoğan Merkellə danışdı

Almaniyanın federal kansleri Angela Merkellə Türkiyə prezidenti Rəcb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

XəzərXəbər Anadolu agentliyinə istinadən xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli münasibətlər müzakirə mövzusu olub.

Liderlər Ankara ilə Avropa İttifaqı arasında qaçqınlarla bağlı müqaviləni müzakirə ediblər.

Sənədə görə, Türkiyə Egey dənizi vasitəsilə Yunanıstana gələn miqrantları qəbul etməlidir. Avropa İttifaqı isə bunu əvəzində miqrantları saxlamaq üçün pul ayıracaq. Bununla yanaşı, türk vətəndaşlarına vizasız rejim tətbiq edilməlidir. Ankara bəyan edir ki, Brüssel bu müqavilənin bəndlərinə əməl etmir.

Xəbər lenti

Çox oxunanlar