Xəzər Xəbər

Dünya mediası Ağ Evə gülür

Dünya | 12:53 • 1 Dekabr 2017
Dünya mediası Ağ Evə gülür

Melaniya Trampın Ağ Evdə Yeni İl dekorasiyası hər kəsi güldürüb

Ağ Ev Yeni İl hazırlıqlarına erkən başlasa da, heç də uğurlu nəticə əldə edə bilməyib. Dünya mətbuatı Melaniya Trampın özünəməxsus dekorasiyasını”qorxulu” və "gülməli” adlandırıb.

ABŞ-ın birinci ledisinin sosial mediada paylaşdığı fotolara münasibət bildirən kommunikasiya koordinatoru Stefaniya Qrişman şəkillərin altına yazılan rəylərin olduqca gülünc olduğunu bildirib. İzləyicilər "Blair witch” filmini xatırladan Ağ Ev-in dəhlizinin olduqca şəffaf işıqlandırma səbəbindən qorxulu, vahiməli görünüş yaratdığını deyirlər.

Tamamilə qaranlıq dəhlizin divar kənarlarındakı bəzəklər isə vampir filmlərindəki qəsrləri xatırladır./publika.az

Xəbər lenti