Xəzər Xəbər

Cənubi Koreya rəsmisi: KXDR-ə qarşı hərbi əməliyyatlar gündəlikdə yoxdur

Dünya | 12:41 • 1 Dekabr 2017
Cənubi Koreya rəsmisi:

Cənubi Koreya və ABŞ Koreya Xalq Demokratik Respublikasına qarşı hazırda hər hansı hərbi əməliyyatı, o cümlədən dənizdən blokadanı müzakirə etmir.

Bunu Cənubi Koreya Prezident Ofisinin rəsmisi dövlət başçıları Mun Ce-in və Donald Trampın KXDR-in sonuncu raket sınağı ilə əlaqədar telefon danışıqlarını şərh edərkən deyib.

İctimaiyyətdə Şimali Koreyanın dənizdən blokadaya alınması fikirləri Pxenyanın çərşənbə günü həyata keçirdiyi qitələrarası ballistik raket sınağından sonra yaranıb. Bəzi ekspertlər bunu beynəlxalq ictimaiyyətin qəbul edəcəyi sanksiya olaraq, ən yaxşı həll yolu kimi görürlər.

Prezident ofisinin rəsmisi əlavə edib ki, hazırda Cənubi Koreya və ABŞ digər təsirli təzyiq və sanksiyaların qəbuluna, o cümlədən Şimali Koreyaya yanacaq təchizatının tamamilə dayandırılmasına nail olmaq istəyir./Azərtac

Xəbər lenti