Xəzər Xəbər

ABŞ xarici işlər naziri Tillerson Avropa turuna çıxır

Dünya | 12:15 • 1 Dekabr 2017
ABŞ xarici işlər naziri Tillerson Avropa turuna çıxır

ABŞ xarici işlər naziri Reks Tillersonun 4-8 dekabr tarixlərində Avropada bəzi şəxslərlə görüşəcəyi toplantılara qatılacağı açıqlanıb.

Nazirlik sözçüsü Heather Nauert gündəlik mətbuat konfransında Tillersonın səfər proqramına dair məlumat verib.

Nauert XİN rəhbərinin dekabrın 4-də Belçikanın paytaxtı Brüsselə gedərək NATO baş katibi Jens Stoltenberq ilə görüşəcəyini, 5-6 dekabrda isə yenə Brüsseldə NATO Xarici İşlər Nazirləri Toplantısına qatılacağını deyib.

Tillersonın 7 dekabrda Avstriyaya keçəcəyini bildirən Nauert, paytaxt Vyanada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) təşkil edəcəyi toplantıya qatılacağını da söyləyib.

Tillerson daha sonra Fransanın paytaxtı Parisə gedəcək və 8 dekabrdakı yüksək səviyyəli görüşlərində Suriya, İran, Livan, Liviya və Şimali Koreya məsələlərini müzakirə edəcəyi qeyd olunub.

Digər tərəfdən, ABŞ Xarici İşlər Nazirliyi sözçüsü Heather Nauert Reks Tillersonın vəzifəsindən ayrılacağı yönündəki iddiaları da təkzib edərək, "gördüyü işi sevir, hələ görəcək çox işi var", - deyib./FaktXəbər

Xəbər lenti

Çox oxunanlar