Xəzər Xəbər

“Brexit”: İrlandiya sərhədi mürəkkəb məsələyə çevrilib

Dünya | 12:07 • 1 Dekabr 2017
“Brexit”:

"Brexit”-dən sonra Şimali İrlandiya ilə İrlandiya Respublikası arasında sərhəd və gömrük qanunlarının necə tənzimlənəcəyi mürəkkəb məsələyə çevrilib.

Britaniyanın "Brexit” komitəsi məsələnin həllinin sual altında olduğunu açıqlayıb. Çünki Britaniya Avropa İttifaqını tərk etdikdən sonra ittifaqdaxili vahid bazar və gömrük sistemindən də çıxacaq. Avropa İttifaqının üzvü olan İrlandiya Respublikasının Aİ ilə quru sərhədi isə yalnız Birləşmiş Krallıq ərazisindən keçir.

Nazirlər bəzi məsələləri texnologiyanın köməyi ilə həll etməyin mümkünlüyünü desələr də, "Brexit” Komitəsi bunun yoxlanılmadığını və fərziyyə olduğunu bildirib./azərtac

Xəbər lenti