Xəzər Xəbər

Tramp Şimali Koreya liderini yenidən “raket insan” adlandırdı

Dünya | 11:16 • 1 Dekabr 2017
Tramp Şimali Koreya liderini yenidən

ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın lideri Kim Çeni Inı yenidən "raket insan” adlandırıb.

ABŞ lideri bu haqda tvitter hesabında yazıb.

"Şimali Koreyadan qayıdan Çinin səfiri, görünür, kiçik "raket insan”a təsir edə bilmədi. İnanmaq çətindir ki, onun xalqı və ordusi belə dəhşətli həyat şərtləri ilə barışıb”, - dövlət başçısı qeyd edib.

Daha əvvəl Missuri ştatında çıxış zamanı ABŞ prezidenti Şimali Koreyanın liderini "raket insan” adlandlırıb.

Qeyd edək ki, Şimali Koreya noyabrın 28-də növbəti ballistik raket sınağını keçirib. Raket 4 min 475 kilometr hündürlüyə qalxdıqdan sonra 950 kilometr uçub və Yaponiya sahillərinə düşüb. Raket 53 dəqiqə havada qalıb. Pxenyandan verilən açıqlamaya görə, yeni raket "Xvason-15” adını alıb.

Şimali Koreya lideri Kim Çen In isə raket sınağından sonra nüvə güclərinin yaradılmasının tamamlandığını bəyan edib.

Pxenyan, həmçinin Vaşinqtonun iddiasına görə, "Xvason-15” qitələrarası ballistik raketi ABŞ-ın istənilən nöqtəsinə nüvə hərbi yükünü çatdırmağa qadirdir.

ABŞ, Yaponiya və Cənubi Koreyanın ilkin hərbi analizinə əsasən, raket öz xarakteristikalarında bütün əvvəlki modifikasiyaları üstələyir./publika.az

Xəbər lenti