Xəzər Xəbər

Avropa Parlamentindən Səudiyyə Ərəbistanına qarşı SƏRT ADDIM

Dünya | 11:14 • 1 Dekabr 2017
Avropa Parlamentindən Səudiyyə Ərəbistanına qarşı

Avropa Parlamenti Yəməndə beynəlxalq insan haqlarını pozması səbəbilə Avropa İttifaqının Səudiyyə Ərəbistanına silah sanksiyası tətbiq etməsini tövsiyə edib.

Səsverməyə çıxarılan tövsiyə 539 səslə qəbul edilib. Qərar Yəmənə humanitar yardımların təcili çatdırılması, qarşıdurma və gərginliyin azaldılaraq ölkədəki problemlərə siyasi həll tapılmasını ehtiva edir.

Yəməndə 3 ilə yaxındır ki, iqtidara qarşı ortaq silahlı aksiyalar təşkil edən Husilər ilə Salihin liderlik etdiyi partiya arasında anlaşılmazlıqlar baş qaldırıb. Tərəflər arasında qarşılıqlı sərt açıqlamalarla başlayan gərginlik Sənada zamanla silahlı qarşıdurmalara səbəb olub. Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri isə Husilər və müttəfiqi ilə savaşan Yəmən hökumətinə 2015-ci ildən bəri dəstək verir./publika.az

Xəbər lenti