Xəzər Xəbər

2025-ci ilədək Fransada müsəlmanların sayı azı 8,5 milyon nəfərə çatacaq

Dünya | 15:44 • 30 Noyabr 2017
2025-ci ilədək Fransada müsəlmanların sayı azı 8,5 milyon nəfərə çatacaq

2025-ci ilə qədər Fransa ərazisində yaşayan müsəlmanların sayı azı 12,7 faiz artaraq 8,5 milyon nəfərdən çox olacaq.

Xezerxeber.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumat ABŞ-ın "Pew Research Center” tədqiqat institutunun hesabatında yer alıb.

Tədqiqat institutu Avropada müsəlman əhalinin sayının artmasının üç mümkün ssenarisini nəzərdən keçirib. Mərkəzin hesablamalarına əsasən, ötən il Fransada müsəlmanların sayı 5,7 milyon nəfər (əhalinin 8,8 faizi) olub. Birinci ssenari üzrə səkkiz ildən sonra "sıfır miqrasiya” şəraitində onların sayı 8,6 milyon nəfərə qədər artacaq. Yalnız leqal mühacirətə yol veriləcəyi ikinci ssenaridə müsəlmanların sayı 17,4 faiz artaraq 12,6 milyon nəfərə çatacaq. Üçüncü ssenari qanunsuz mühacirlərin böyük axının baş verəcəyi təqdirdə demoqrafik dəyişiklikləri ehtiva edir. Bu isə ölkədə İslam dininə sitayiş edənlərin sayının 18 faiz artması və 13,2 milyon nəfərə çatması ilə nəticələnəcək.

Mütəxəssislər hesab edirlər ki, üçüncü ssenari nəzərdən keçirilsə, 2050-ci ilədək Avropa ərazisində yaşayan müsəlmanların sayı hazırkı göstəriciyə nisbətən təxminən üç dəfə artaraq, qitə əhalisinin 14 faizini təşkil edəcək.

Xəbər lenti