Xəzər Xəbər

Medvedev Rusiyanın yeni prezidenti olacaqmı?

Dünya | 15:33 • 30 Noyabr 2017
Medvedev Rusiyanın yeni prezidenti olacaqmı?
Rusiyanın baş naziri Dmitri Medvedev ölkə əhalisinin gəlirlərinin azalmasını müasir iqtisadiyyatın nəzərə çarpan problemlərdən biri adlandırıb. Bu barədə "TASS" məlumat yayıb.

"Təbii ki, yoxsulluq iqtisadiyyatdakı əks tərəfin göstəricisidir. İqtisadiyyat zəyif vəziyyətdə olarsa, onda yoxsulların olmaması mümkün deyil",-deyə Dmitri Medvedev əlavə edib.Rusiyanın hökumət rəhbəri həmçinin deyib ki, ölkədə yoxsulluq səviyyəsi 10-15 il əvvəllə müqayisədə daha aşağıdır.

Dmitri Medvedev Rusiyada 2018-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olacağı ilə bağlı suala cavab verərkən Vladimir Putini dəstəkləyəcəyini vurğulayıb: Əgər Putin namizədliyini irəli sürsə, onda "Vahid Rusiya" partiyası onu dəstəkləyəcək. O, uğurlu prezidentdir. O, ki qaldı şəxsən mənə, hazırki siyasi dövrdə və ya siyasi mövsümdə mən özümü bunda görmürəm"./faktxəbər

Xəbər lenti