Xəzər Xəbər

Rusiya peykləri məhv edəcək yeni nəsil silah hazırlayır

Dünya | 14:42 • 30 Noyabr 2017
Rusiya peykləri məhv edəcək yeni nəsil silah hazırlayır

Rusiya kosmik obyektləri məhv edəcək ən müasir silahların istehsalına başlayıb. "İnterfax"ın verdiyi məlumata görə, bu barədə Müdafiə Nazirliyinin elmi-tədqiqat instutu məlumat verib.

Bildirilir ki, yeni nəsil silahın hazırlanması 2018-2027-ci illər üzrə silah proqramı çərçivəsində başa çatdırılacaq.

Rusiyanın yeni silahları "Rudolf" adlı sputniklər əleyhinə raket qurğusu və "Tirada 2C" adlı rabitə peyklərinin məhv edən mobil qurğudur. /FaktXəbər

Xəbər lenti