Xəzər Xəbər

Daha bir ölkə evtanaziyanı qanuniləşdirdi

Dünya | 14:14 • 30 Noyabr 2017
Daha bir ölkə evtanaziyanı qanuniləşdirdi

Avstraliya ölümcül xəstəliyə yoluxan insanların tibbi yollarla könüllü olaraq öldürülməsini (Evtanaziya) qanuniləşdirib.

Avstraliyanın Viktoriya bölgəsi ölkədə evtanaziyanı qanuniləşdirən ilk əyalət olub.

Əyalətin baş naziri Daniel Endryus evtanaziyanı dəstəkləməyə keçən il atasını itirəndən sonra başlayıb. O, evtanaziyanın qanuniləşdirilməsi gününü şəfqət, islahat, ölümcül xəstələrə öz həyatlarına nəzarət etmək şansı verilən gün kimi dəyərləndirib. Əyalətin səhiyyə naziri isə tvitter hesabından "Zəfər! Şəfqətli bir əyalətik” sözlərini paylaşıb.

Qeyd edək ki, könüllü ölüm dünyada Belçika, Hollandiya, Lüksemburq kimi ölkələrdə qanuniləşdirilib. Hollandiya və Belçikada 12 yaşdan böyük hər bir insan bu qanundan istifadə hüququna malikdir. ABŞ-da isə Vaşinqton, Oreqon və Montana ştatlarında könüllü ölüm tətbiq edilir./publika.az

Xəbər lenti