Xəzər Xəbər

Atlantik okeanı coşdu - 6,7 bal gücündə zəlzələ

Dünya | 12:58 • 30 Noyabr 2017
Atlantik okeanı coşdu -

Atlantik okeanının mərkəzi hissəsində Rixter cədvəli ilə 6,7 bal gücündə zəlzələ baş verib. 

ABŞ Geoloji Xidməti bu barədə xəbər yayıb.

Məlumata görə, zəlzələnin episentri okeanın 10 kilometr dərinliyində Braziliya ilə Qərbi Afrika arasında yerləşən regionda qeydə alınıb.

Təkanlar nəticəsində sunami təhlükəsi barədə hələ məlumat verilməyib.

Xəbər lenti