Xəzər Xəbər

Türkiyə hökumətindən Rza Zərrab açıqlaması

Dünya | 11:57 • 30 Noyabr 2017
Türkiyə hökumətindən

Bəkir Bozdağ: "Kılıçdaroğlu bu gün Türkiyənin milli təhlükəsizlik problemi halına gəlib"

Türkiyənin baş nazir müavini Bəkir Bozdağ gündəmə dair mühüm bəyanatlar verib. Prezident Rəcəb Tayyib Ərdoğanın qohumlarının korrupsiyaya qurşanması ilə bağlı CHP sədri Kamal Kılıçdaroğlunun iddialarına sərt cavablar verib. Həmçinin ABŞ-da mühakimə olunan iş adamı Rza Zərrabla bağlı da danışıb.

XəzərXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, Bozdağ CHP sədri barədə danışarkən, "Kılıçdaroğlu "çirkab siyasəti" dediyimiz siyasət tərzini Türkiyənin siyasi həyatına təəssüf ki, yerləşdirməyə çalışır. Daha əvvəl də dəfələrlə oxşar böhtanlar atdı. Sual verir, "siz belə etdinizmi, emədinizmi, yoxsa sənədləri açıqlayacağam", - deyir. Açıqladığı bir sənəd də yoxdur.

Çıxıb sənədlərini paylaşması lazım deyilmi? Jurnalistlərə verməsi lazım deyilmi? Əlinə bomba partladı, ona görə paylaşmadı. Əlində göstərdiyi kağız parçalarının özlərini böhtançı vəziyyətə gətirdiyini bildiyi üçün ortaya çıxarmadı.

Saxtakarlığı, yalançılığı, əxlaqsızlığı ifşa olduğu üçün kağız parçalarını mediaya ötürməkdən çəkinir", - deyə bildirib.

Daha sonra Rza Zərrab barədə danışan Bozdağ, onun təzyiq vasitəsi ilə etirafçı etdiklərini söyləyib:

"Onunla paralel olaraq Kılıçdaroğlu da qarayaxma kampaniyası başlatdı. Nyu-Yorkdakı ABŞ və oradakı FETÖ-çülər davam etdirir. Bunları ayrılıqda düşünməmək lazımdır. Kılıçdaroğlu kimi kukla bir lider istəyirlər. Kılıçdaroğlu bu gün Türkiyənin milli təhlükəsizlik problemi halına gəlib. Ölkəsinə, millətinə hər gün böhtan ilə zərər verən bir adamla üz-üzəyik."

Xəbər lenti