Xəzər Xəbər

ABŞ-dan dünyaya çağırış: Şimali Koreya ilə əlaqəni kəsin!

Dünya | 10:43 • 30 Noyabr 2017
ABŞ-dan dünyaya çağırış:
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bütün ölkələri Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə bütün əlaqələri kəsməyə çağırıb. O, bu barədə BMT-nin Təhlükəsizlik Şurasının təcili iclasında danışıb.

"Reuters" xəbər verir ki, amerikalı diplomat bildirib ki, onun müraciəti KXDR-lə ticarət münasibətləri, o cümlədən Pxenyann təklif etdiyi işçi qüvvəsinə aiddir. Nikki Heyli həmçinin qeyd edib ki, Şimali Koreya BMT-də səsvermə hüququndan məhrum olmalı, ölkənin hüquq və imtiyazları əlindən alınmalıdır./faktxəbər

Xəbər lenti