Xəzər Xəbər

"Əsədin vaxtında sülh mümkün deyil" Türkiyənin baş naziri

Dünya | 10:40 • 30 Noyabr 2017
"Əsədin vaxtında sülh mümkün deyil"

Türkiyənin baş naziri Binəli Yıldırım bəyan edib ki, Suriyada Bəşər Əsədin dövründə sülh mümkün deyil.

XəzərXəbər Al-Mayadeen-ə istinadən xəbər verir ki, Binəli Yıldırım bunu Londonda Beynəlxalq strateji araşdırmalar institutunda şıxışı zamanı deyib.

Baş nazir bildirib ki, məhz Əsəd Suriyada baş verənlərə görə cavabdehdir.

Onun sözlərinə görə, Suriya xalqı öz gələcəyini özü müəyyən etməlidir.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan demişdi ki, Bəşər Əsədlə əməkdaşlıq istisna olunmur.

Xəbər lenti