Xəzər Xəbər

İndoneziyada güclü zəlzələ

Dünya | 09:44 • 30 Noyabr 2017
İndoneziyada

İndoneziyanın Ambon adasından cənub-şərqdə, Banda dənizində 6 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların ocağı 162 kilometr dərinlikdə yerləşib.

Sunami təhlükəsi elan olunmayıb. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xəbər lenti