Xəzər Xəbər

“Prezidentlikdən getməyə hazıram” Ərdoğan

Dünya | 09:35 • 30 Noyabr 2017
“Prezidentlikdən getməyə hazıram”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onu korrupsiyada ittiham edən və xarici bankda hesabının olduğu söyləyən müxalif Cümhuriyyət Xalq Partiyasının lideri (CHP) Kamal Kılıçdaroğlunu məhkəməyə verəcək.

Bu barədə Ərdoğan açıqlamasında bildirib.

Partiya sədrinin sözlərindən qəzəblənən Prezident Kılıçdaroğlundan haqqında səsləndirdiyi fikirlərin sübutunu tələb edib.

"Xaricdə bir şirkətə milyonlar göndərdiyimizi dedilər. Hansı ki xaricdə bir kuruşumuz belə yoxdur. Bu, haqqımızda səslənən ilk yalan deyil. Bunun adı ana müxalifət deyil, xəyanətdir. Yenə deyirəm, sübut edin, prezidentlikdən getməyə hazıram. Amma sən də CHP-nin, millətin başına bəla olmaqdan çəkil"- deyə Ərdoğan vurğulayıb./azvision.az

Xəbər lenti