Şimali Koreya noyabrın
29-da "Hwasong 15” adlı yeni qitələrarası ballistik raketin Yaponiyanın
ərazi suları ərazisində buraxılmasının nəticələrini açıqlayıb və bununla
da ABŞ və region ölkələri ilə münasibətlərdə gərginliyi daha da
artırıb.
Şimali Koreya Milli Televiziyasının məlumatında deyilir ki, "Hwasong 15” ABŞ-ın materik hissəsinin istənilən nöqtəsinə, o cümlədən paytaxt Vaşinqtona çata bilər.
"Hwasong
15” 50 dəqiqəlik uçuş zamanı 4500 metrdən çox yüksəklik əldə edib. Bu,
2017-ci ildə Şimali Koreyaya məxsus qitələrarası ballistik raketin
üçüncü sınağı və buraxılan 15-ci ballistik raket olub.
Pentaqonun
mətbuat xidmətinin nümayəndəsi, polkovnik Robert Manninqin bəyanatında
deyilir ki, raket Şimali Koreyanın Sayn-Ni rayonundan buraxılıb, 1000
kilometrə qədər məsafə qət edib və Yaponiyaya məxsus azad iqtisadi
zonada Yapon dənizinə düşüb. Müdafiə Nazirliyindən onu da bildiriblər
ki, raket Şimali Amerika ərazisi və ABŞ-ın müttəfiqləri üçün heç bir təhlükə yaratmayıb.
ABŞ Prezidenti Donald Tramp
ballistik raketin buraxılmasına münasibət bildirərək deyib: "Biz bu işə
əncam çəkərik... Biz bu vəziyyətin öhdəsindən gələrik”. (AzərTAc)