Xəzər Xəbər

Fransa prezidenti Afrika ölkəsində narazılıq yaratdı

Dünya | 16:25 • 29 Noyabr 2017
Fransa prezidenti Afrika ölkəsində narazılıq yaratdı

Fransa prezidenti Emmanuel Makron Burkina Faso səfəri çərçivəsində tələbələrlə apardığı söhbət mübahisələrə səbəb olub.

Vaqaduqudakl universitetdə tələbələrlə görüşən Makronun tez-tez əsəblərini cilovlaya bilməyib səs tonunu qaldırması, Burkina Faso prezidenti Roç Mark Kristian Kaboreyə qarşı istehza mövqeyi göstərməsi dünya mətbuatında geniş əks-səda yaradıb.

Makron çıxışı zamanı yüksək səslə Fransanın Liviyada siyasi həll üçün diplomatik danışıqlar apardığını bildirərək "Qaçaqmalçılar kimdir? Özünüzə sual verin. Kimdir qaçaqmalçılar? Afrikalılar, dostlarım. Qaçaqmalçılar Fransızlar yox, afrikalılardır. Mənə Nigeriya ilə Liviya arasında alver edən bir fransız, belçikalı, alman göstərin. Belə biri yoxdur", - deyə bildirib.

Fransa prezidenti afrikalıları kölələşdirənlərin afrikalılar olduğunu bildiri: "Bu kölələşdirmənin nəticəsi kimi Avropada ortaya çıxan yoxsulluqdan qazanc əldə edən avropalılar oldu və bunların hər ikisinin də qəbuledilməzdir."

Makron, "Birgə tariximiz var. Fransız əsgərlər üçün də biləcəyiniz lazım olan bir şey var, o da onları alqışlamaqdır", - deyib.

Çıxışı zamanı iyul ayında Afrikanın "mədəniləşmək mübarizəsi" haqqında etdiyi alçaldıcı açıqlamasına görə üzr istəyən Makron, bu üzrdən dərhal sonra qadın haqları ilə bağlı mübahisəli ifadələr səsləndirib.

Fransa prezidenti ölkəsinin afrikalı qızlara təqaüd verəcəyini və ya ailə planlaşdırması barədə tövsiyə verəcəyini bildirərək, "hər qadının 6, 7, 8 uşaq dünyaya gətirdiyi ailələr gördükdə bunun qadının seçimi olduğuna əminsinizmi", - deyə danışıb. Makronun sözləri salonda yüksək səslə tənqid edilib.

Yenə bir tələbənin Fransanın inşaat halında olan nüvə stansiya ilə bağlı nə edəcəyi sualına, "Bu sizin prezidentinizin işidir" cavabını verib.

Makronun bu cavabı zalda gülüş yaradıb və bu sözlərdən narahat olduğu görünən Burkina Faso prezidenti Roç Mark Kristian Kabore zaldan bir neçə dəqiqəliyə çıxıb. Fransa prezidentinin bundan Kaboreye, "Getmə", - deyə xitab etməsi və zarafatla "Kondisioneri işə salacaq" söyləməsi də yenidən narazılıq yaradıb./FaktXəbər

Xəbər lenti