Xəzər Xəbər

Kataloniyalıların əksəriyyəti müstəqilliyin elan olunmasından narazıdır

Dünya | 16:04 • 29 Noyabr 2017
Kataloniyalıların əksəriyyəti müstəqilliyin

Kataloniyada keçirilən son sorğunun nəticələrinə görə, respondentlərin 59 faizi müstəqilliyin elan olunmasından narazıdır.

NC Report şirkəti son aylarda baş verən hadisələr və dekabrın 21-ə təyin edilmiş növbədənkənar parlament seçkilərinə dair kataloniyalıların fikirlərini öyrənmək üçün sorğu keçirib. Bildirilir ki, respondentlərin əksəriyyəti müstəqilliklə bağlı referendumdan məyus olduqlarını ifadə ediblər. Kataloniyalıların yalnız 30 faizi hələ də müstəqilliyin mümkünlüyünə inandığını deyib.

Dekabrın 21-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək müstəqillik əleyhdarı olan siyasi qüvvələrin elektoratı artmaqda davam edir. Sorğunun nəticəsinə görə, əhalinin əksəriyyəti İspaniyanın bütövlüyünün tərəfdarı olan "Ciudadanos”, PSC və PP kimi partiyalara səs verəcəklər. Müstəqilliyin qəti tərəfdarı olan CUP-a səs vermək niyyətində olanlar cəmi 5,9 faiz təşkil edib.

Xəbər lenti