Xəzər Xəbər

Gürcüstan bu il turizmdən 2 mlrd. dollardan çox gəlir əldə edəcək

Dünya | 14:10 • 29 Noyabr 2017
Gürcüstan bu il turizmdən 2 mlrd. dollardan çox gəlir əldə edəcək

"Cari ilin sonunda Gürcüstan iqtisadiyyatı turizmdən 2 milyard dollardan çox gəlir əldə edəcək”.

Bu barədə Tbilisidə keçirilən beynəlxalq "İpək yolu” forumunda Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili deyib.

O bildirib ki, Dünya Bankı ilə birgə hazırlanmış strategiyaya əsasən, Gürcüstan 2025-ci il üçün 11 mln. turist qəbul edəcək.

Nazir qeyd edib ki, turizmin sayəsində Gürcüstanda on minlərlə yeni iş yeri yaradılıb. (APA)

Xəbər lenti