Xəzər Xəbər

ABŞ Rusiya ilə tarixi müqaviləni pozdu

Dünya | 13:09 • 29 Noyabr 2017
ABŞ Rusiya ilə tarixi müqaviləni pozdu

ABŞ Dövlət Departamenti Polşaya "hava-hava" və raket-artilleriya sistemlərinin mümkün satışı barədə qərar qəbul edib.

Bu, operativ-taktiki sistemlər POlşaya 250 milyon dollara başa gələcək.

Bununla yanaşı, AİM-120C-7 raketlərinin də Polşaya satışı nəzərdə tutulur.

Raket əleyhinə müdafiə sistemlərinin Polşada yerləşdirilməsi ilə bağlı saziş bu ilin iyulunda, ABŞ prezidenti Donald Trampın Varşavaya səfəri zamanı imzalanıb.

Raket əleyhinə müdafiə sistemləri üç il ərzində, 2019-cu ildən 2022-ci ilədək Polşada yerləşdiriləcək.

Bir qədər əvvəl Rusiyanın Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, ABŞ-ın Polşada raket yerləşdirmək planı orta və yaxın mənzilli raketlərin ləğvinə (OYMRL) dair razılaşmanı ciddi şəkildə pozur./AzNews.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti