Xəzər Xəbər

Əsəd qəbul etdi

Dünya | 12:15 • 29 Noyabr 2017
Əsəd qəbul etdi

Suriyanın Şərqi Guta bölgəsində atəşkəs rejiminin tətbiqi ilə bağlı Rusiyanın təklifi Suriya prezidenti Bəşər Əsəd tərəfindən qəbul edilib.

Bu haqda Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriya üzrə nümayəndəsi Stefan de Mistura bildirib.

Şərqi Gutada atəşkəs bu ilin iyulunda da elan edilmiş, lakin rejim qüvvələrinin müxalifət güclərinə hücumları davam etmişdi.

Qeyd edək ki, bi neçə gün sonra İsveçrənin Cenevrə şəhərində Suriya üzrə növbəti danışıqların keçirilməsi planlaşdırılır. Cenevrə prosesi çərçivəsində ilk danışıqlar 2012-ci il 30 iyun tarixində keçirilib. Bu günə qədər keçirilən 7 toplantıdan heç birində istənilən nəticə əldə olunmayıb./publika.az

Xəbər lenti