Xəzər Xəbər

Mobil telefon ilə ən çox danışan ölkə Türkiyədir

Dünya | 11:51 • 29 Noyabr 2017
Mobil telefon ilə ən çox danışan ölkə Türkiyədir
Avropa ölkələri arasında mobil telefonilə ən çox danışan ölkə Türkiyə imiş.

XəzərXəbər interpress.com-a istinadən bildirir ki, Türkiyədə mobil abunə sayı 76 milyonu keçib. İlin ikinci rübündə ayda adam başına mobil telefonu ilə ortalama 441 dəqiqə danışılıb. Türkiyəni 295 dəqiqə ilə Makedoniya, 271 dəqiqə ilə İtaliya, 270 dəqiqə ilə Rumıniya izləyir. Bütövlükdə Avropada isə ortalama 251 dəqiqədir.

Türkiyədə ümumi mobil danışıq miqdarının 63,84 milyard dəqiqə, sabit telefon miqdarı isə təxminən 1,91 milyard dəqiqə olub. Mobil danışıq miqdarı 6,5% artarkən, 11 milyona yaxın abunəsi olan sabit telefon danışığının miqdarı təxminən 9% azalıb. Eyni zamanda ümumi danışıq miqdarının 93,2% -i mobil danışıqlardan ibarətdir. Türkiyədə 2017-ci ilin ikinci rübündə 22,193 milyon SMS və təxminən 13,3 milyon MMS göndərilib.

Xəbər lenti